Slimfit
  1. AZƏRBAYCAN

“Azəristiliktəchizat”: Qış mövsümündə problem yarada biləcək istilik xətləri yenisi ilə əvəz olunub

“Azəristiliktəchizat”: Qış mövsümündə problem yarada biləcək istilik xətləri yenisi ilə əvəz olunub
Sakura

“Azəristiliktəchizat”: Qış mövsümündə problem yarada biləcək istilik xətləri yenisi ilə əvəz olunub

 İstilik mövsümü Azərbaycanın dağ və dağətəyi rayonlarında noyabrın 1-dən, digər ərazilərdə, o cümlədən Bakı şəhərində isə noyabrın 15-dən başlayacaq.

Bunu “Report”a açıqlamasında “Azəristiliktəchizat” ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev bildirib.

Onun sözlərinə görə, 2018-2019-cu illər payız-qış mövsümünə hazırlıqla əlaqadar olaraq “Azəristiliktəchizat” tərəfindən təsdiq edilmiş tədbirlər planına uyğun olaraq, istilik təchizatı obyektlərinin mövcud qazanxana, istilik şəbəkələri, magistral və məhəllədaxili istilik kəmərləri, nəzarət ölçü cihazları və avtomatika, qaz, elektrik, nəqliyyat təsərrüfatları və digər istehsal təyinatlı avadanlıqların mövsümə hazırlanması ilə bağlı tədbirlərin icrası davam etdirilib.

O, bildirib ki, mövsüm ərzində cəmiyyətə məxsus 550 qazanxana istismar edilməklə 3 800 yaşayış binası, o cümlədən 180 mindən artıq mənzil, 290 məktəb, 150 uşaq bağçası, 160 səhiyyə müəssisəsi və 1 300-ə yaxın digər sosial və təsərrüfat obyektlərinin istiliklə təmin edilməsi nəzərdə tutulur: “Bununla əlaqədar olaraq istilik mövsümündə işləməsi nəzərdə tutulan bütün qazanxana və istilik məntəqələrində nasoslar, elektrik mühərrikləri təmir olunub, qazanlar və istilik mübadilə aparatları mexaniki və kimyəvi üsulla təmizlənib, nəzarət ölçü cihazlarının və elektrik avadanlıqlarının dəyişdirilməsi və sazlanması həyata keçirilib, magistral və məhəllədaxili istilik xətləri təzyiqlə yoxlanılaraq sınaqdan keçirilib. Qış mövsümündə problem yarada biləcək istilik xətləri dəyişdirilərək yenisi ilə əvəz olunub, qazanxanalar ehtiyat qazan və nasoslarla təmin edilib”.

R.Əliyevin sözlərinə görə, tədbirlər planına əsasən 550 qazanxana və 90 istilik məntəqəsi kompleks yoxlanılıb, 564 odluq təmir olunub, 700 ədəd qazan aqreqatı əsaslı və cari təmir olunub, qazanların 27 425 m ekran boruları və konvektiv hissələri dəyişdirilib, 1100 ədəd qazan mexaniki və kimyəvi üsulllara təmizlənib, qazanlarda 1 210 m2 izolyasiya örtüyü təmir olunub: “İstilik şəbəkəlirində 20 710 ədəd siyirtmə və ventil təftiş olunub, onlardan 9750 ədədi əsası və cari təmir olunub, 705 ədədi isə yenisi ilə əvəz olunub. Magistral və məhəllədaxili İstilik xətlərində 14 870 m2 istilik örtük qatı, qazanxana və istilik məntəqələrində 12 500 m2 dam örtüyü təmir edilib. Bundan başqa, 595 ədəd kimyəvi su yumşaltma qurğuları işə hazırlanaraq tənzimlənib və Na-kationit süzgəclərində 31 ton kationit materialları dəyişdirilib”.

“Azəristiliktəchizat” rəsmisi onu da deyib ki, istilik təchizatı sistemində ən vacib sahələrdən birinin magistral istilik xətləri olduğu nəzərə alınaraq 2018-2019-cu illər istilik mövsümünə hazırlıq tədbirləri çərçivəsində bu sahədə də əhəmiyyətli işlər görülüb: “Belə ki, 974 km istilik xətləri yuyulub və hidravlik təzyiqə yoxlanılmış, 30,5 km məhəllədaxili və magistral istilik xətləri əsaslı təmir olunub, 675 km istilik kəməri təmirdən sonra hidravlik təziyiqə yoxlanılıb. Bundan başqa 1 880 ədəd qoruyucu klapan və 2 280 ədəd əks klapan, 465 ədəd ehtiyat su çəni təftiş və təmir olunub, 3 080 ədəd çirktutan təmizlənib və 1 154 ədəd qaz təsərrüfatı təftiş olunaraq 104 km qaz xətti yoxlanılıb”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kalpeya adlı bu qadın 7.5 min il əvvəl müasir Hibraltar ərazisində yaşayıb. Onun görüşünün bərpası üçün yarım il sərf olunub və artıq biz onun üzünü görə bilirik.

Redaktor seçimi

SON XƏBƏRLƏR