Slimfit
  1. AZƏRBAYCAN

"Azərişıq"da kadr dəyişiklikləri olub

"Azərişıq"da kadr dəyişiklikləri olub
Sakura

"Azərişıq"da kadr dəyişiklikləri olub

"Azərişıq" ASC-də kadr dəyişiklikləri baş verib. "Report" xəbər verir ki, qurumun Xırdalan Elektrik Şəbəkəsinin rəisi Neymət Qasımov tutduğu vəzifədən azad edilib.

N.Qasımovun yerinə Maştağa Elektrik şəbəkəsinin rəisi Şahin Qədimov təyin edilib. Məlumata görə, N.Qasımov vəzifəsinin öhdəsindən gələ bilmədiyi üçün işdən kənarlaşdırılıb.

Bundan əlavə, “Cənub” Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) rəisi Əbülfət Paşayev də vəzifəsindən azad edilərək qurumun Tədris Mərkəzinə gətirilib.

Ə.Paşayevin yerinə isə Cəlilabad Elektrik Şəbəkəsinin rəisi Mehman Mehdiyev təyin edilib.

"Azərişıq"ın mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev “Report”a hər iki təyinatı təsdiq edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu gün pələnglərin ən məşhur müdafiəçilərindən biri məşhur Hollivud ulduzu Loenardo Di Kapriodur. O Rusiyaya gələrək, Amur pələnglərin müdafiəsi üçün 1 milyon dollar bağışlayıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR