Slimfit
  1. İQTİSADİYYAT

'Azərişıq' ötən ilin maliyyə nəticələrini açıqlayıb

'Azərişıq' ötən ilin maliyyə nəticələrini açıqlayıb
Sakura

'Azərişıq' ötən ilin maliyyə nəticələrini açıqlayıb

"Azərişıq" ASC 2019-cu ili 54,9 milyon manat xalis zərərlə başa vurub. Halbuki qurum 2018-ci ildən 12,9 milyon manat xalis mənfəətlə çıxmışdı.

Ens.az "Report"-a istinadən xəbər verir ki, ötən il "Azərişığ"ın elektrik enerjisinin satışından gəlirləri 1 232,4 milyon manat (əvvəlki ilə nisbətən 2,3% çox), satışının maya dəyəri 1 134,3 milyon manat (3,4% çox), paylama xərcləri 47 milyon manat (9,1% çox), inzibati xərcləri 62,1 milyon manat (21,6% çox), ticari debitor borcları üzrə dəyərsizləşmə zərəri 15,6 milyon manat (32,4% çox), sair xərcləri 6,7 milyon manat (49,3% az), sair gəlirləri 102 min manat (99,8% az), xalis maliyyə xərcləri 19,8 milyon manat (3 dəfə çox), mənfəət vergisi ödəmələri isə 1,8 milyon manat (89,5% az) təşkil edib.

Bu il yanvarın 1-nə "Azərişığ"ın aktivləri 2 320,6 milyon manat olub ki, bu da illik müqayisədə 3,7% çoxdur. Hesabat dövründə səhmdar cəmiyyətinin öhdəlikləri təxminən 5% artaraq 0,7 milyon manata, balans kapitalı isə 3,1% artaraq 1 620,8 milyon manata çatıb.

Xatırladaq ki, "Azərişıq" 2015-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 678,7 milyon manatdır. 

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fransızlar tərəfindən başları bədənindən ayrılan Mərakeş müsəlmanlarının təsvir olunduğu POÇT MARKAsı. 1922-ci ildə Fransada istifadə olunub.

Redaktor seçimi

SON XƏBƏRLƏR