Slimfit
  1. İQTİSADİYYAT

'Azərişıq” ölkənin cənubunda tikinti-bərpa işləri aparır

'Azərişıq” ölkənin cənubunda tikinti-bərpa işləri aparır
Sakura

'Azərişıq” ölkənin cənubunda tikinti-bərpa işləri aparır

Cənub Regional Enerji Təchizatı və Satış İdarəsinin (RETSİ) xidməti ərazisindəki istismar müddətini başa vurmuş yarımstansiyalardan tutmuş elektrik hava xətlərinə qədər bütün istiqamətlərdə şəbəkələr hissə-hissə yenidən qurulur.

Bu barədə "Report"a “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.

Onun sözlərinə görə, istehlakçıların keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi, texniki itkilərin səviyyəsinin minimuma endirilməsi üçün geniş miqyaslı işlər görülüb və hazırda görülməkdədir: "Masallı rayonunun ərazisində 35/10 KV-luq “Alvadı” yarımstansiyası tam yenidən qurularaq istismara verilib. Alvadlı kəndində 35 kv-luq yüksək gərginlikli, 10 kV-luq orta gərginlikli hava xətləri yenilənIb. Təzə Alvadı, Ləngan, Təklə, Xoşçobanlı, Mollahəsənli, Sığıncaq kəndlərinin 0,4 kV hava xətləri özünüdaşıyan izolyasiyalı naqillərlə (ÖİN) əvəzlənib, ərazilərə yeni komplekt transformator məntəqələri (KTM) qurlaşdırılıb. 35/10 kV-luq “Qarğalıq” yarımstansiyasından qidalanan 10 kV-luq Həsənli və Xırmandalı kənd hava xətləri yenidən qurulub, Boradigah qəsəbəsində 0,4 kV-luq hava xətti ÖİN kabellərlə əvəzlənib.

Lənkəran Elektrik Şəbəkəsində yeni inşa olunmuş 35 kV-luq “Səpnəkəran” yarımstansiyadan çıxan və Yuxarı Nüvədi, Mis kəndləri istiqamətində gedən 4 ədəd 10 kV –luq hava xətləri tam yenilənib, rayonun Yuxarı Nüvədi, Səpnəkəran, Şürük, Tütəbeştə, Moğonojba, Türkəkəran, Şıxəkəran, Xolmili, Seydəkəran, Kənarmeşə, Viyən, Aşağı Nüvədi kənd və qəsəbələrin 0,4 kV-luq hava xətləri ÖİN kabellərlə əvəzlənib, kəndlərdə yeni KTM-lər qurlaşdırılıb", - deyə o, qeyd edib.

"Azərişıq" sözçüsü əlavə edib ki, Astara rayonunun Şahağacı,Sekaşen kəndlərində elektrik xətlərinin böyük hissəsi tam yenidən qurulub, yeni sayğacların quraşdırılması və əvəzlənməsi işləri aparılıb: "Lerik rayonunun Andurma və Şingədulan kəndlərinin də 0,4 kV –luq hava xətləri ÖİN kabellərlə çəkilərək yenidən qurulub və hazırda bu istiqamətdə işlər rayonun Orand kəndində aparılır. Cəlilabad rayonunun Köçəkli və digər kəndlərində 0,4 kV-luq şəbəkə ÖİN kabellərlə əvəzlənır. Yardımlı rayonunun mərkəzində də hazırda yeni KTM-lər qurlaşdırılır, 0,4 kV-luq şəbəkə ÖİN kabellərlə əvəz edilir. Biləsuvar rayonunun elektrik təchizatının yaxşılaşdırılması, elektrik enerjisinə artan tələbatın ödənilməsi üçün 110/35/10-6 kV-luq 2x25+10 MVA gücündə “Səmədabad” yarımstansiyası tam yenidən qurulub. Biləsuvar şəhərinin və rayonun Köhnə Əmənkənd, Əliabad, Xırmandalı kəndlərində 0,4 kV-luq şəbəkələrinin yenidən qurulması üçün dayaqlar quraşdırılır".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Payız meşəsinin mozaikası

Redaktor seçimi

SON XƏBƏRLƏR