Slimfit
  1. İQTİSADİYYAT

“Azərişıq” növbəti karvanı Goranboy və Sabirabada yola salıb

“Azərişıq” növbəti karvanı Goranboy və Sabirabada yola salıb
Sakura

“Azərişıq” növbəti karvanı Goranboy və Sabirabada yola salıb

Bu gün “Azərişıq” ASC 2019-cu ilin tədbirlər planı çərçivəsində regionlarda kənd və qəsəbələrin elektrik təchizatı şəbəkəsinin yenidən qurulması işlərini davam etdirmək üçün daha iki yük karvanını yola salıb. 

"Report" xəbər verir ki, dayaqlardan, yeni Komplekt Transformator Məntəqələrindən (KTM), kilometrlərlə uzunluqda kabellərdən və digər zəruri avadanlıqlardan ibarət yükü “Azərişığ"ın mərkəzi təchizat anbarından götürən ağırtonnajlı yük avtomobilləri Goranboy və Sabirabad rayonunun qəsəbələrinə istiqamət alıb. Bu maşın karvanının apardığı avadanlıqlar və materiallarla Goranboy rayonunun Tapqaraqoyunlu, Rus Borisi kəndlərinin, Sabirabad rayonunun Sərxanbəyli və Moranlı kəndlərinin və bəzi digər yaşayış məntəqələrinin elektrik təsərrüfatı yenilənəcək.

Maşın karvanının apardığı yükə 12 ədəd KTM, bir neçə min kilometr elektrik verililişi xətləri, 4 min ədəd dəmir-beton dayaqlar, SİP-kabellər və s. daxildir.

"Azərişıq” tərəfindən ölkə Prezidentinin göstərişı əsasında Azərbaycanın regionlarının, Bakı şəhəri və onun ətraf qəsəbə və kəndlərinin elektrik təsərrüfatında silsilə və kompleks yenidənqurma tədbirləri uğurla davam etdirilir.

2019-cu ilin əvvəlindən bəri “Azərişıq” tərəfindən genişmiqyaslı yenidənqurma işləri üçün yola salınan onikinci maşın karvanıdır. Bundan əvvəl Beyləqan, Ağstafa, Ağsu, Şamaxı, Qəbələ, Cəlilabad, Lənkəran, Sabirabad rayonlarına və Bakının Xəzər rayonunun Binə qəsəbəsi və Binəqədi rayonunun “Kənd Binəqədi”, Sulutəpə və Xocasən, habelə Biləcəri qəsəbələrinə belə karvanlar yola salınıb.

“Azərişıq” qölkənin bütün regionlarında, ucqar dağlıq bölgələrində də elektrik təchizatı şəbəkəsinin yenidən qurulması işlərini davam etdirir. Bu işlərin 2019-cu ilin 2-ci yarımili ərzində də fasiləsiz davam etdirilməsi nəzərdə tutulur. “Azərişığ"ın əsas vəzifəsi Prezidentin qarşıya qoyduğu vəzifəyə uyğun olaraq istər Bakıda, istər ölkənin ən ucqar bölgələrində və kəndlərində abonentlərin elektrik enerjisi ilə fasiləsiz, keyfiyyətli təminatını həyata keçirməkdir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

2014 MU69/Ultima Thule asteroidi - kosmik gəmilərin nə vaxtsa ziyarət etdiyi ən uzaq obyekt. Bu şəkil New Horizons aparatı tərəfindən çəkilib və 6,5 milyard məsafəyə ötürülmüşdür.

Redaktor seçimi

SON XƏBƏRLƏR