Dərc edildi: Baxış sayı: 581
“Azərişıq”: Bu il elektrik enerjisi kəsintilərinin həcmi xeyli azalıb
31 dekabr – Dünya Azərbaycanlılarının həmrəylik və Yeni il bayramları günlərində istehlakçıların elektrik enerjisinə olan tələbatı adi günlərdən fərqlənməyib.
“Azərişıq” ASC-nin Mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev Trend-ə deyib ki, ötən illərə nisbətən bu il elektrik enerjisi kəsintilərinin də həcmi xeyli azalıb:
“İstehlakçıların elektrik enerjisi təchizatında heç bir problem yaranmayıb. Bayram günləri 199 saylı çağrı mərkəzinə edilən müraciətlərin sayı da kəskin azalıb. Son 1 həftədə ümumilikdə 1277 müraciət daxil olub ki, onların da əksəriyyəti məlumat xarakterli olub”
Qeyd edək ki, “Azərişıq” bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət