Dərc edildi: Baxış sayı: 655
"Azərişıq" bazardakı yanğınla əlaqədar elektrik təchizatını dayandırıb
"Azərişıq" Bakı şəhərinın Nəsimi rayonu ərazisində yerləşən və "3-cü mikrorayon bazarı" kimi tanınan ərazidə elektrik təchizatını dayandırıb. Bu barədə "Report"a “Azərişıq” ASC-nin Mətbuat Xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib. O bildirib ki, ASC Fövqəladə Hallar Nazirliyinin müraciəti ilə ərazidə elektrik təchizatını dayandırıb. Qeyd edək ki, "3-cü mikrorayon bazarı" kimi tanınan ərazidə yanğın başlayıb. Hadisə yerinə yanğınsöndürən avtomobillər və canlı qüvvə cəlb edilib. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət