Slimfit
  1. İQTİSADİYYAT

“Azərişığ”ın xəbərdarlıq etmədən enerji təchizatını dayandırması Bakı və Abşeronun bir hissəsini internetsiz qoyub

“Azərişığ”ın xəbərdarlıq etmədən enerji təchizatını dayandırması Bakı və Abşeronun bir hissəsini internetsiz qoyub
Sakura

“Azərişığ”ın xəbərdarlıq etmədən enerji təchizatını dayandırması Bakı və Abşeronun bir hissəsini internetsiz…

"Azərişıq" ASC xəbərdarlıq etmədən bu gün saat 09:00-dan Bakının Nəsimi rayonunun Həsən Əliyev, Teymur Əliyev və Maqsud Əlizadə küçələrinin enerji təchizatını dayandırıb.

Məsələ ilə bağlı "Report"a açıqlama verən qurumun Mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib ki, fasilə bundan sonra hələ 2 saat davam edəcək. 

“Həmin ərazidə yerləşən avadanlığa texniki baxış həyata keçirilir. Bu səbəbdən elektrik enerjisinin verilişində fasilə yaranıb", - o deyib. 

Qeyd edək ki, sözügedən küçələrdə bir sıra internet provayderləri yerləşir. “Report”un əldə etdiyi məlumata görə, fasilə nəticəsində Bakının Yasamal, Nəsimi və Binəqədi rayonlarının, eləcə də Abşeron rayonunun ərazisində olan 1 500-dən artıq abunəçinin internet təchizatı dayandırılıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məmmədbağır Bağırzadə (1950-2005) və Gülşən Qurbanova (1950-2006)

Redaktor seçimi

SON XƏBƏRLƏR