Dərc edildi: Baxış sayı: 679
“Azəriqaz”ın Baş direktoru: 'Təbii qazın tərkibi və keyfiyyəti vətəndaşlarda narahatlıq yaratmamalıdır'
"Azərbaycan ərazisində əhaliyə verilən təbii qazın tərkibi və onun keyfiyyəti vətəndaşlarda narahatlıq yaratmamalıdır".
“Report”un məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev bu gün ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, qazın keyfiyyətində problem olsaydı, qazdan zəhərlənmə halları bütün binanı əhatə edərdi: “Ancaq bu fərdi hallarda olur. Müasir tipli inşa edilən binalarda belə zəhərlənmə hallarına rast gəlinməyib. Deməli, bütün zəhərlənmə halları fərdi şəkildə baş verir”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət