Slimfit
  1. CƏMİYYƏT

“Azəriqaz” Təhsil Şöbəsini məhkəməyə verdi

“Azəriqaz” Təhsil Şöbəsini məhkəməyə verdi
Sakura

“Azəriqaz” Təhsil Şöbəsini məhkəməyə verdi

“Azəriqaz” İstehsalat Birliyi Təhsil Nazirliyinin Qax rayon Təhsil Şöbəsini məhkəməyə verib.

Qafqazinfo”nun verdiyi xəbərə görə, Şəki İnzibati İqtisadi Məhkəməsinə müraciət edən “Azəriqaz”ın iddia ərizəsində qeyd edilib ki, Qax Rayon Təhsil Şöbəsinin təbii qazdan istifadəyə görə 3057,60 manat borcu yaranıb. “Azəriqaz” məhkəmədən həmin məbləğin Qax TŞ tərəfindən ödənilməsi haqda qərar çıxarılmasını istəyib.

Qax rayon Təhsil Şöbəsi isə etiraz edərək bildirib ki, Təhsil Şöbəsinə Maliyyə Nazirliyi tərəfindən 2019-cu ilin smetasına qaz haqqının ödənilməsi üçün 300 manat vəsait ayrılsa da, bu vəsait faktiki tələbatı ödəmək üçün kifayət etmir. Yaranmış vəziyyətlə əlaqədar Qax rayon Təhsil Şöbəsi tərəfindən Qax Rayon Maliyyə İdarəsinə tələb olunan vəsaitlə bağlı təkliflər verilib. Bundan başqa, bir sıra hallar nəzərə alınmaqla problemin həllinə köməklik göstərilməsi üçün Təhsil Nazirliyinin 5 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinə məktubla müraciət olunub.

Lakin məhkəmə “Azəriqaz”ın xeyrinə qərar çıxarıb və Qax rayon Təhsil Şöbəsinin məhkəmə xərcləri ilə birgə 3088 manat ödəməli olduğuna qərar verilib.

Murad Əhməd

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xalq yazıçısı Mirzə İbrahimov görkəmli tarzən Qurban Pirimovun kürəkəni olmuşdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR