“Azəriqaz” qeyri-iş günlərində smart kartların verilməsi istiqamətində operativ xidmət göstərəcək
Bakı şəhərində mövcud qaz sayğaclarının kütləvi olaraq yeni nəsil smart-kart tipli sayğaclarla əvəzlənməsi səbəbindən “Azəriqaz” İstehsalat Birliyinin işçilərinin qeyri-iş günlərində xidmət göstərmələrinə zərurət yaranıb.
Bu barədə “Report”a “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Qeyd edilib ki, artan abonent müraciətlərini operativ və qüsursuz cavablandırmaq üçün birliyin ixtisaslı kadrlarının şənbə və bazar günləri işə çıxması təmin olunub. Onlar növbəli qrafiklə bu gün və sabah həm “Azəriqaz” İB-nin Bakı Regional Qazın Satışı Departamentinin inzibati binasında, həm də Maştağa, Xırdalan və Mərdəkan xidmət sahələrində əsasən yeni nəsil smart kartların verilməsi istiqamətində operativ xidmət göstərəcəklər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət