Slimfit
  1. CƏMİYYƏT

“Azəriqaz” müalicə alan əsgərimizin qazdan istifadəyə görə borcunu ödədi

“Azəriqaz” müalicə alan əsgərimizin qazdan istifadəyə görə borcunu ödədi
Sakura

“Azəriqaz” müalicə alan əsgərimizin qazdan istifadəyə görə borcunu ödədi

Masallı rayonu, Təklə ərazi dairəsinin Sığıncaq kənd sakini, Tovuz rayonu uğurunda gedən ağır döyüşlərdə yaralanan Nurlan Quliyevin ailəsinin qazdan istifadəyə görə yaranan borcu barədə mətbuat səhifələrində xəbər yer alıb.

Ens.az xəbər verir ki, bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətininin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Məlumata görə, bu barədə məlumat gedən kimi məsələyə “Azəriqaz”ın rəhbərliyi dərhal reaksiya göstərib. Məlumat daxil olan anda Lənkəran Regional qaz istismar İdarəsinə tapşırıq verilib. Yerində araşdırma aparılaraq, həqiqətən də, Quliyevlər ailəsinin qazdan istifadəyə görə 347 manat məbləğində borcunun olduğu təsdiqini tapıb. Elə bu gün borcun ödənişi Birlik tərəfindən qarşılanıb və hal-hazırda yaralı əsgərimizin ailəsinin qazdan istifadəyə görə hər hansı borcu qalmayıb.

“Azəriqaz” İstehsalat Birliyi olaraq son vaxtlar cəbhə xəttində baş verən döyüşlərdə şəhid olan hərbiçilərimizin ailələrinə başsağlığı verir, yaralı əsgərlərimizin tezliklə sağalmasını arzulayırıq. Hərbiçilərimizin qaz təchizatı ilə bağlı problemlərinin həlli daim diqqətdədir və bundan sonra da bu məsələyə ciddi yanaşılacaq”, - “Azəriqaz”ın açıqlamasında bildirilir. 

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məmmədbağır Bağırzadə (1950-2005) və Gülşən Qurbanova (1950-2006)

Redaktor seçimi

SON XƏBƏRLƏR