Slimfit
  1. QƏHRƏMANLAR VƏ ŞƏHİDLƏR

“AzəriMed” QSC-nin əməkdaşı şəhid olub

“AzəriMed” QSC-nin əməkdaşı şəhid olub
Sakura

“AzəriMed” QSC-nin əməkdaşı şəhid olub

Ens.az Oxu.az-a istinadən xəbər verir ki,“AzəriMed” QSC-nin əməkdaşı İlkin Ağakişiyev şəhidlik zirvəsinə ucaldı.

Dəyərli əməkdaş kimi bizim xatirələrimizdə, Əsgər, vətən övladı kimi bizim ürəklərimizdə hər zaman yaşayacaqsan!

Azərbaycan Respublikasında elan olunmuş qismən səfərbərliyə əsasən, ehtiyatda olan hərbçilər və müxtəlif kateqoriyalı mütəxəssislərin ordu sıralarına çağrılması prosesinə “AzəriMed” QSC-nin əməkdaşları da dərhal böyük ruh yüksəkliyi və mütəşəkkilliklə qoşulmuşdular.

Qısa müddət ərzində şirkətimizin ayrı-ayrı bölmələrindən, ümumilikdə 48 əməkdaş könüllü və rəsmi çağırışçı kimi səfərbər olunaraq ordu sıralarına, hərbi hissələrə yola düşdülər.

“AzəriMed” QSC daimi olaraq döyüşlərdə iştirak edən əməkdaşları ilə əlaqə saxlayır və maraqlanır, ailələrinə və yaxınlarına isə qayğı göstərir, dəstək durmağa çalışır. Şirkətin bu təşəbbüsü hətta müharibə bitdikdən sonra da davam edir. Hər bir əməkdaşımızdan aldığımız xoş xəbər bizə  sevinc və  qürur hissi bəxş edir.

Lakin Vətən müharibəsi itkisiz olmur...

Döyüşlər başlayan gündən ordu sıralarına çağrılan İlkin Ağakişiyev də  “AzəriMed” QSC-nin dəyərli və doğma üzvlərindəndir. Müharibə bitdikdən sonra ondan xəbər almaq mümkün olmadı, doğma kollektivi, ailəsi, yaxınları hər saat, hər gün onun haqqında məlumat gözləyirdi. Bu günlərdə  gələn xəbər isə şirkətin hər bir əməkdaşını üzdü…

Ağır döyüşlərdə iştirak edən İlkin, vətən uğrunda şəhidlik zirvəsinə ucalmışdır. İlkin hər zaman AzəriMed QSC  kollektivinin qəlbində dəyərli, doğma, igid və cəsur əməkdaş kimi yaşayacaqdır.

Allah sənə rəhmət eləsin!

Şəhadətin mübarək, İlkin!

“AzəriMed” QSC kollektivi səninlə fəxr edir, qürur duyur!

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

XIX əsrə aid Gəncə qadın geyimi

Redaktor seçimi

SON XƏBƏRLƏR