“AzəriKard” göstəricilərini açıqladı
Azərbaycanda ilk və ən böyük prosessinq mərkəzi olan “AzəriKard” 2018-ci ilin birinci yarimilliyi üzrə fəaliyyət göstəricilərini ictimaiyyətə açıqlayıb.
Bu ilin ilk altı ayının nəticələrinə əsasən prosessinq mərkəzində 2 milyondan artıq karta xidmət göstərilib, 40 milyondan artıq uğurlu əməliyyat yerinə yetirilib. Hal-hazırda şirkətin POS terminallarının sayı 35 mindən, ATM-lərin sayı isə 1500-dən artıqdır, həmçinin partnyor bankların sayı 21, əməkdaşların sayı isə 102-yə çatıb.
“AzəriKard” Azərbaycanda MasterCard, Visa, American Express, Diners Club, UnionPay və JCB Beynəlxalq Ödəniş Sistemləri tərəfindən tamamilə sertifikatlaşdırılmış ilk prossesinq mərkəzidir. Hal-hazırda “AzəriKard” Azərbaycanda, eləcə də onun hüdudlarından kənarda 24 banka prossesinq xidməti göstərir, onlardan 23-ü Beynəlxalq Ödəmə Sistemlərinin üzvüdür.
Mənbə: Marja.Az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət