Dərc edildi: Baxış sayı: 245
“Azeri Light”ın qiyməti 73 dollara düşdü
Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.
Ens.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 2,27 ABŞ dolları və ya 3% azalaraq 73,63 ABŞ dollarına bərabər olub.
Xatırladaq ki, ötən gün neftimiz 75,9 ABŞ dollarına ticarət edilib.
Qeyd edək ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları təşkil edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət