Dərc edildi: Baxış sayı: 627
"Azeri Light" nefti həftə ərzində 3 dollardan çox ucuzlaşıb
Ötən həftə ərzində (28 sentyabr – 2 oktyabr) dünya bazarında "Azeri Light" (CIF) markalı neftin orta qiyməti 3,2 ABŞ dolları və ya 7,62% azalıb.
Ens.az "APA-Economics"in məlumatına istinadən xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti həftə ərzində orta hesabla 40,29 dollara bərabər olub. Həftə ərzində ən yüksək göstərici – 42,04 dollar təşkil edib, ən minimal göstərici isə 38,84 dollar səviyyəsində olub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət