Slimfit
  1. İQTİSADİYYAT

“Azərenerji” payız-qış mövsümünə keçib

“Azərenerji” payız-qış mövsümünə keçib
Sakura

“Azərenerji” payız-qış mövsümünə keçib

"2019–2020-ci il payız-qış mövsümünə hazırlıqla bağlı Azərenerji” ASC-nin müəssisələri üzrə ayrı-ayrılıqda görüləcək konkret işləri müəyyənləşdirilərərək bütün zəruri tədbirlər görülüb". 

Bunu "Report" açıqlamasında “Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr və media mərkəzinin rəisi Teymur Abdullayev deyib.

Onun sözlərinə görə, bu məqsədlə noyabrın 14-də payız-qış mövsümünə hazırlıq işlərinin tərkib hissəsi kimi elektrik stansiyaları və yarımstansiyaların əməliyyat heyəti cəlb edilməklə əks-qəza məşqi keçirilib.

Enerji müəssisələrinin əməliyyat heyəti şərti qəzanın aradan qaldırılmasına normativ vaxt çərçivəsində nail olub. Əks-qəza məşqlərinin nəticələri təhlil olunarkən uğurlarla yanaşı, buraxılan səhvlər də diqqətdən kənarda qalmayıb, onların aradan qaldırılması üçün tapşırıqlar verilib. Ümumulikdə sistem üzrə əks-qəza məşqi, əməliyyat heyətlərinin hərəkətləri qənaətbəxş hesab olunub.

2019–2020-ci ilin payız-qış mövsümünə hazırlıq işləri yekunlaşdıqdan sonra noyabrın 19-da mərkəzi komissiya və yerli komissiya üzvlərinin iştirakı ilə keçirilən iclasda il ərzində görülmüş işlərə qiymət verilib. Ümumilikdə nəzərdə tutulmuş 897 tədbirdən 807-nin icra olunduğu qeyd olunub, obyektiv səbəblər üzündən icrası mümkün olmayan tədbirlərin ilin sonunadək yerinə yetirilməsi üçün müvafiq tapşırıqlar verilib. Qiymətləndirmə yekunlaşdıqdan sonra bütün enerji müəssisələrinə payız-qış mövsümünə hazırlıq barəsində pasportlar təqdim olunub. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu şəkildə gördüyünüz adam 25 erməni əsgərinin qatili Ülfət Həsənovdur

Redaktor seçimi

SON XƏBƏRLƏR