Slimfit
  1. AZƏRBAYCAN

“Azərenerji” istehsalı artırıb, yanacaq sərfiyyatını isə azaldıb

“Azərenerji” istehsalı artırıb, yanacaq sərfiyyatını isə azaldıb
Sakura

“Azərenerji” istehsalı artırıb, yanacaq sərfiyyatını isə azaldıb

 Ötən ilin müvafiq dövri ilə müqayisədə gündəlik orta hesabla 5,5 mln. kVt/s artıq elektrik enerjisi istehsal edilir. Bu barədə “Report”a qurumun ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəisi Yəhya Babanlı deyib.

Y.babanlının sözlərinə görə, yanacaq sərfiyyatı isə əksinə azalıb: “Ən əsası isə 5,5 milyon kVts artım olmasına baxmayaraq, ötən ilin müvafiq dövri ilə müqayisədə istehsal prosesində şərti yanacaq sərfiyyatı hər kVts-a görə 1-2 qramadək azalıb. Beləliklə, daha az yanacaq sərf edilməklə həm yanacağa qənaət olunub, həm də daha çox elektrik enerjisi istehsal edilib. İyul ayında elektrik enerji sistemində yaranan böhran səbəbindən Prezident İlham Əliyev tərəfindən yaradılan Dövlət Komissiyasının yekun rəyindən sonra həyata keçirilən islahatlar və “Ölkə enerji sistemində yaranmış kritik vəziyyətin aradan qaldırılması məqsədi ilə hazırlanmış reabilitasiya üzrə Tədbirlər Planı”na uyğun olaraq görülən işlər müsbət nəticəsini verməkdədir”. “Azərenerji” ASC bütün qüvvəsi ilə tikinti, yenidənqurma və bərpa prosesini davam etdirir və bundan sonra da durmadan davam etdirəcək".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Turistlər Şuşada (1988)

Redaktor seçimi

SON XƏBƏRLƏR