Dərc edildi: Baxış sayı: 467
“Azərenerji” də #evdəqal aksiyasına qoşuldu
“Azərenerji” ASC koronavirus xəstəliyi ilə əlaqədar həyata keçirilən #evdəqal aksiyasına dəstək verib.
"Qafqazinfo" xəbər verir ki, Səhmdar Cəmiyyətin İctimaiyyətlə əlaqələr və media mərkəzi tərəfindən hazırlanan videoçarx yayımlanıb.
Videoçarxda Azərenerji ASC-nin əməkdaşları adından bu fikirlər səslənir. “Biz 24 saat gecə-gündüz fasiləsiz olaraq növbətçilik qaydasında işləyərək evinizi enerji ilə təmin edəcəyik. Yetər ki, evdə qalın və həyatları xilas edin! Səbri evdə et, Azərbaycan! Biz birlikdə güclüyük”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət