Dərc edildi: Baxış sayı: 536
'Azercell'in bəzi xidmətlərindən istifadədə çətinliklər ola bilər
Avqustun 6-sı gecə saatlarında “Azercell Telekom” MMC-nin bəzi xidmətlərindən istifadədə çətinliklər ola bilər.
“Report” xəbər verir ki, bu barədə şirkətin abunəçilərinə müraciətində bildirilir.
Müraciətdə həmçinin bunun göstərilən xidmətlərin keyfiyyətinin artırılması üçün aparılacaq təkmilləşdirmə işləri ilə əlaqədar olduğu deyilir.
Məlumata görə, təkmilləşdirmə işləri yekunlaşdıqdan sonra bütün xidmətlərin tam normal əsaslarla fəaliyyət göstərilməsi imkanı təmin ediləcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət