Slimfit
  1. CƏMİYYƏT

“Azercell” yeni brend kimliyini açıqladı

“Azercell” yeni brend kimliyini açıqladı
Sakura

“Azercell” yeni brend kimliyini açıqladı

Azərbaycan telekommunikasiya sektorunun lideri, fəaliyyət tarixində yeni bir dönəmə qədəm qoyan “Azercell” iyun ayının 21-də Heydər Əliyev Mərkəzində dövlət və biznes strukturları, ictimai xadimlər və media nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə yeni brend kimliyini ictimaiyyətə təqdim edib.

Axar.az xəbər verir ki, tədbirdə şirkətin fəaliyyətini qloballaşan dünya bazarının trendlərinə uyğun şəkildə qurmağa yönəlmiş strateji inkişafın rəqəmsal konsepsiyası da açıqlanıb. Şirkətin prezidenti Vahid Mürsəliyevin sözlərinə əsasən, rəqəmsal texnologiyalar əsrində transformasiya məsələsi xüsusilə aktualdır. “Telekommunikasiya sahəsi ən çevik sahə olaraq müasir həyatın ritmini təyin edir. O dünyanı dəyişdirdikcə biz də mütləq şəkildə dəyişməliyik. “Azercell” olaraq dəyişməyə şadıq. Dəyişmək, yaşamaq deməkdir. Dəyişmək daha yaxşı olmaq, daha ağıllı və daha mobil sabah üçün bugünkü səndən üstün olmaq deməkdir. Strategiyamız rəqəmsallığa doğru dəyişir. Bizim yeni rəqəmsal dünyamızın mərkəzi müştərimiz olacaq. Bütün bu yeniliklər məhz onların həyatlarını rahatlaşdırmaq və daimi bağlantını təmin etmək üçündür.” - deyə cənab Vahid Mürsəliyev öz çıxışında bildirib.

“Azercell” ölkə əhalisinin əksəriyyətinin seçimi və yerli telekommunikasiya sektorunun lideri olmasına baxmayaraq, yeni bağlantı erasında transformasiya etməyi zəruri hesab etdi. “Azercell” artıq rəqəmsallığı gündəlik proseslərində və düşüncə tərzində əks etdirən, inkişaf yolunda dəyişkənliyə çevik bir şirkət olaraq abunəçilərinin qarşısına çıxır. Bu transformasiya "Azercell" ilə abunəçilər arasında illərlə formalaşan mövcud emosional bağı möhkəmləndirməyə vəsilə olacaq.

Yeni brend kimliyi ilə abunəçiləri üçün rəqəmsal dünyanın sonsuz imkamlarını açan “Azercell”, müasir texnologiyaların tətbiqi ilə onların həyatlarını əsaslı şəkildə dəyişəcəyini bəyan etdi. “Azercell” in çevikliyi və yenilikçi ruhunun rəmzi olacaq, keçmişlə gələcək arasında bir bağ yaradaraq hərəkət və inkişafı təcəssüm etdirəcək yeni nişan, şirkət tarixində yeni eranın başladığının əksidir.

Qeyd etmək istərdik ki, 21 iyun, Heydər Əliyev Mərkəzində keçirilən tədbir zamanı qonaqlara Azərbaycanda ilk dəfə olaraq, 360 dərəcəlik 3D proyeksiyası nümayiş etdirilib. Həmçinin “Azercell”, Heydər Əliyev Mərkəzinin parkında “Rəqəmsal Səma Altında” adlı sərbəst girişli konsert təşkil edərək, tamaşaçılara Emin Ağalarov, Zülfiyyə Xanbabayeva, Nigar Camal, Çingiz Mustafayev, Elnarə Xəlilova, Elşad Xose kimi tanınmış müğənnilərin ifasında səslənən mahnıları dinləmək imkanı təqdim edib. Burada, ölkəmizdə ilk dəfə olaraq 300-ə yaxın dron səmada Azərbaycan bayrağı və xəritəsinin, “Azercell”in köhnə və yeni loqolarının təsvirini yaradaraq, izləyicilərə möhtəşəm bir şou sərgiləyib.

 

Yeni dövrdə “Azercell”in prioritet sahələri müştəriyönümlü şirkət və etibarlı tərəfdaş kimi seçilməkdir. Hər zaman innovativ və rəqəmsal həllər təqdim edən, məlumat məxfiliyini qoruyan, təkcə müştərilərinin ehtiyaclarını qarşılamağa deyil, bu ehtiyaclardan bir addım öndə olmağı bacaran “Azercell” bundan sonra da, ən son trendlərə uyğun məhsullar və xidmətlər təqdim edən bir şirkət kimi fəaliyyətini davam etdirəcək!

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

XIX əsrə aid Gəncə qadın geyimi

Redaktor seçimi

SON XƏBƏRLƏR