Azərbaycan–Portuqaliya parlamentlərarası əlaqələri müzakirə olunub
Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, Azərbaycan – Portuqaliya parlamentlərarası dostluq qrupunun rəhbəri Aqiyə Naxçıvanlı Milli Məclisdə ölkəmizdə səfərdə olan NATO PA vitse-prezidenti, Portuqaliya Milli Assambleyasının deputatı, Portuqaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Vitalino Xose Ferreira Kanaşla görüşüb.
Görüşdə ikitərəfli parlamentlərarası əlaqələrin inkişafından danışılıb, beynəlxalq təşkilatlarda hər iki ölkənin parlamentarilərinin əməkdaşlığının vacibliyi vurğulanıb.
Bakı şəhərinin “Ekspo 2025” Ümumdünya Sərgisinə ev sahibliyi üçün namizədliyinin irəli sürüldüyünü diqqətə çatdıran Aqiyə Naxçıvanlı Portuqaliyanın 2018-ci ilin noyabrında Parisdə keçiriləcək Beynəlxalq Sərgilər Bürosunun 164-cü sessiyasında zamanı Bakı şəhərinin namizədliyini dəstəkləyəcəyinə ümidvar olduğunu söyləyib.
Komitə sədri Aqiyə Naxçıvanlı qonağa Dağlıq Qarabağ münaqişəsi, Ermənistan tərəfindən Azərbaycan torpaqlarının 20 faizinin işğal olunması barədə məlumat verib, onu Azərbaycanın haqq mövqeyini beynəlxalq tribunalarda dəstəkləməyə dəvət edib.
Vitalino Kanaş öz növbəsində səmimi qəbuldan məmnunluğunu və nüfuzundan istifadə edərək, Azərbaycan maraqlarının təmin olmasında ölkəsinin fəal olacağını bildirib.
Görüşdə Azərbaycan–Portuqaliya parlamentlərarası dostluq qrupunun üzvü Jalə Əliyeva da iştirak edib.
Mənbə: Azərtac.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət