Slimfit
  1. CƏMİYYƏT

Azərbaycanlıların Xankəndiyə qayıtması üçün şərt...

Azərbaycanlıların Xankəndiyə qayıtması üçün şərt...
Sakura

Azərbaycanlıların Xankəndiyə qayıtması üçün şərt...

Azərbaycan əhalisinin Xankəndi, Xocalı və rus sülhməramlıların nəzarətində olan digər ərazilərə qaytarılması üçün əsas şərt Ermənistan hərbi birləşmələrinin və Qarabağ ərazisindəki separatçı silahlıların dərhal ərazidən çıxarılmasıdır.

Ens.az Axar.az-a istinadən xəbər verir ki,  bu sözləri Xəzər Strateji Araşdırmalar İnstitutunun baş direktoru, “Milli müdafiə” jurnalının baş redaktoru, tanınmış rusiyalı siyasi analitik İqor Korotçenko “Vestnik Kavkaz”a açıqlamasında deyib.

İqor Korotçenko vurğulayıb ki, Azərbaycan hakimiyyətinin sakinləri Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi zonaya qaytarmaq hüququ var:

“Bura Azərbaycanın ərazisidir. Qarabağ münaqişəsi başa çatıb, Azərbaycanın ərazi bütövlüyü bərpa olunub. Necə ki, azərbaycanlı əhali, məsələn, əvvəllər Ermənistanın işğalı altında olan Ağalı və Talış kəndlərinə qayıdır, bu proses Qarabağın Rusiyanın sülhməramlı kontingentinin olduğu hissəsində də aparılacaq. Bu, Qarabağda erməni qeyri-qanuni silahlı birləşmələrinə görə bu gün baş vermir, amma proses üzərində işləmək lazımdır”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanda doğulanda 300 sümük olur, böyüyəndə isə 206-sı qalır

Redaktor seçimi

SON XƏBƏRLƏR