Slimfit
  1. İQTİSADİYYAT

Azərbaycanlıların Türkiyədə ev alışı kəskin artıb

Azərbaycanlıların Türkiyədə ev alışı kəskin artıb
Sakura

Azərbaycanlıların Türkiyədə ev alışı kəskin artıb

Azərbaycan vətəndaşları 2018-ci ilin yanvar-sentyabr ayları ərzində Türkiyədə 763 ev alıblar. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 252 ev və ya 49% çoxdur.

Report” xəbər verir ki, bu barədə Türkiyə Statistika İdarəsi məlumat yayıb. 

Hesabata əsasən, sentyabrda ev alışında əvvəlki ayla müqayisədə 87,5% çox ev alınıb. Belə ki, Azərbaycan vətəndaşları tərəfindən Türkiyədə ev alışının 65-i yanvar, 63-ü isə fevral, 61-i mart, 68-i aprel, 75-i may, 82-si iyun, 73-ü iyul, 96-sı avqust və 180-i sentyabr ayında həyata keçirilib.

Bununla da, bu ilin 9 ayı ərzində vətəndaşları Türkiyədə daha çox ev alan ölkələrin sıralanmasında Azərbaycan X yeri tutub. Hesabata əsasən, I yerdə İraq (4 866 ev), II yerdə İran (2 197 ev), III yerdə Səudiyyə Ərəbistanı (1 885 ev), IV yerdə Rusiya (1 443 ev), V yerdə Küveyt (1 408 ev), VI yerdə Əfqanıstan (1 272 ev), VII yerdə Almaniya (1 127 ev), VIII yerdə İordaniya ( 807 ev), IX yerdə İngiltərə (796 ev) vətəndaşları qərarlaşıb.

Qeyd edək ki, Azərbaycan vətəndaşları tərəfindən Türkiyədə ev alışı illik müqayisədə 332 ev və ya 54,4% artaraq 2017-ci ildə 942-yə çatıb. Bununla da, ötən il vətəndaşları Türkiyədə daha çox ev alan ölkələrin siyahısında Azərbaycan VI yeri tutub. 

Xatırladaq ki, Azərbaycan 2016-cı ildə bu siyahıda İraq, Səudiyyə Ərəbistanı, Küveyt, Rusiya, Əfqanıstan, İngiltərə, Almaniya və İrandan sonra IX yerdə olub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı milyonçusu Musa Nağıyev öz dostları ilə. Qeyd edək ki, Azərbaycana ilk avtomobili məşhur xeyriyyəçi, mesenat Hacı Zeynalabdin Tağıyev, daha sonra isə Rotşildlər gətirmişdi.

Redaktor seçimi

SON XƏBƏRLƏR