Dərc edildi: Baxış sayı: 722
Azərbaycanlıların ən çox səfər etdiyi ölkələrin siyahısı
2017-ci ildə xarici ölkələrə gedən azərbaycanlı turistlərin sayı azalıb.
Ötən il xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı əvvəlki illə müqayisədə 4 faiz azalaraq 4 108,9 min nəfər olub.
Azərbaycan vətəndaşları aşağıdakı ölkələrə səfər ediblər:
1. Gürcüstan (33,4%)
2. İran (23,4%)
3. Rusiya (22,5%)
4. Türkiyə (14,6%)
5. Ukrayna (1,6%)
6. Birləşmiş Ərəb Əmirlikləri (1%)
7. Digər ölkələr (3,5%)
Səfər edənlərin 67,6 faizi kişilər, 32,4 faizi isə qadınlar olub.
Xarici ölkələrə səfər etmiş Azərbaycan vətəndaşlarının 79,6 faizi dəmir yolu və avtomobil, 20,1 faizi hava, 0,3 faizi isə su nəqliyyatından istifadə edib.
Mənbə: Moneta.az
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət