Dərc edildi: Baxış sayı: 359
Azərbaycanlılara işgəncə vermiş erməni generalın ayağı kəsiləcək
Ermənistanın sabiq deputatı, general Manvel Qriqoryanın vəkili Levon Baqdasaryan bildirib ki, əgər hakimiyyət lazımi tədbirlər görməsə, müvəkkilinin hüquqları ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcək. Bu barədə "News Armenia” məlumat yayıb.
Vəkilin sözlərinə görə, M.Qriqoryanın vəziyyəti daha da pisləşib. Belə ki, onun ayaqlarını amputasiya etmək lazım olacaq. Hazırda sabiq deputat süni nəfəs aparatı ilə yaşayır.
Baqdasaryan, müvəkkilinə qarşı qanunu pozanların cəzalandırılmasını tələb edib. O, əks halda hakimiyyəti Avropa Məhkəməsinə şikayət edəcəyi ilə hədələyib.
Qeyd edək ki, vəkil tez-tez belə çıxışları ilə medianın gündəminə gəlir.O M.Qriqoryanın səhhətinin ona qarşı kobud rəftar və işgəncə verilməsi səbəbindən pisləşdiyini iddia etmişdi:
"Onun həyatı təhlükədədir, lakin gözləyirlər ki, ölsün və bundan sonra günahkar axtarmağa başlasınlar. Təəssüf ki, Ermənistanda belə "mədəniyyət” olub və hələ də qalır”.
Xatırladaq ki, ötən il iyunun 19-da M.Qriqoryan qanunsuz silah-sursat saxlamaq və iri məbləğdə vəsaiti mənimsəməkdə ittiham olunaraq həbs edilmişdi. Dekabrda birinci instansiya məhkəməsi girov müqabilində azadlığa buraxılması barədə qərar versə də, Qriqoryan sonradan yenidən həbsə atılmışdı.
Ermənistan müdafiə nazirinin sabiq müavini M.Qriqoryan Azərbaycanın Cəbrayıl və Füzuli rayonlarının işğalı istiqamətində aparılan əməliyyatlar zamanı azərbaycanlı əsirlərə qarşı xüsusi amansız rəftarı ilə seçilib. Həmçinin o, azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin güllələnməsi təklifini irəli sürmüşdü.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət