Dərc edildi: Baxış sayı: 564
Azərbaycanlı yeniyetmə 4,5 milyon səs yığdı
Azərbaycanın xalq mahnısı “Sarı gəlin”i fars və azərbaycanca ifa edən ərdəbilli Parsa Xələf ən yüksək səslə finala yüksəlib.
Kult.az xəbər verir ki, İranın 3-cü telekanalında yayımlanan “Əsra Cədid” proqramına qatılan Parsa Xələf 4 564 000 səs toplayıb.
Onun seçim mərhələsindən bu qədər böyük səs toplaması rezonans doğuraraq münsif və izləyicilərin təəccübünə səbəb olub.
Sәslәrin çoxu Güney Azәrbaycandan gəlib.
Qeyd edək ki, xüsusilə “Sarı gəlin” ifası ilə böyük diqqət toplayan P.Xələf üçün Güney azərbaycanlılar sosial şәbәkәlәrdә müxtәlif kampaniyalar təşkil etmiş, P.Xələfi birinci etməyə çağırmışdılar.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət