Slimfit
  1. İDMAN

Azərbaycanlı yarımmüdafiəçi Rusiyada turun ən yaxşı futbolçusu seçilib

Azərbaycanlı yarımmüdafiəçi Rusiyada turun ən yaxşı futbolçusu seçilib
Sakura

Azərbaycanlı yarımmüdafiəçi Rusiyada turun ən yaxşı futbolçusu seçilib

 “Rostov” klubunun yarımmüdafiəçisi Ayaz Quliyev Rusiya Premyer Liqasında XII turun ən yaxşı futbolçusu seçilib.

Report” xəbər verir ki, bu, “InStat Index”in təqdim etdiyi reytinqə əsasən məlum olub. Azərbaycan əsilli oyunçu 361 balla birinci yerə layiq görülüb. 22 yaşlı futbolçu ilə yanaşı, “üçlük”də Moskva “Lokomotiv”inin hücumçusu Antonio Eder (357 bal) və “Dinamo”nun müdafiəçisi Sebastyan Holmen (341 bal) yer alıb.

Cari mövsümün ümumi reytinqində MOİK-in yarımmüdafiəçisi Nikola Vlaşiç (311 bal) başçılıq edir. "Lokomotiv"in yarımmüdafiəçisi Manuel Fernandeş (297) ikinci, “Zenit”in orta xətt oyunçusu Leandro Paredes isə (295) üçüncü sıradadır.

Qeyd edək ki, XII turda evdə “Anji”ni 1:0 hesabı ilə məğlub edən “Rostov” 21 xalla 4-cü yerdə qərarlaşıb. Ayaz Quliyev bu görüşdə sonadək meydanda olub və sarı vərəqə alıb. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Norveçdə körpü

Redaktor seçimi

SON XƏBƏRLƏR