Dərc edildi: Baxış sayı: 586
Azərbaycanlı Usmanovun şirkətinə rəhbər gətirildi
Rusiyada dağ-metallurgiya ehtiyatlarına görə dünyada ikinci yerdə olan “Metalloinvest” holdinqin baş direktorunun səlahiyyətlərinin müvəqqəti icraçısı vəzifəsinə azərbaycanlı Nazim Əfəndiyev rəhbər gətirilib.
Axar.az xəbər verir ki, bu məlumatı Rusiya mətbuatı yayıb. Məlumata görə, Nazim Əfəndiyev şirkətin baş direktoru Andrey Variçevin ölümündən sonra bu vəzifəyə gəlib.
Qeyd edək ki, Nazim Əfəndiyev Orenburq vilayətinin eks-deputatı, “Uralskoy Stali”nin keçmiş rəhbəridir. Onun rəhbər təyin edildiyi “Metalloinvest” holdinqi özbək milyarder Əlişir Usmanova məxsusdur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət