Slimfit
  1. CƏMİYYƏT

Azərbaycanlı tələbələr arasındakı bu fobiyanı necə aradan qaldırmaq olar? – Maraqlı təklif

Azərbaycanlı tələbələr arasındakı bu fobiyanı necə aradan qaldırmaq olar? – Maraqlı təklif
Sakura

Azərbaycanlı tələbələr arasındakı bu fobiyanı necə aradan qaldırmaq olar? – Maraqlı təklif

“Müstəqillik dövründə ölkəmizdə fəaliyyət göstərən universitetlərin bağlandığını, orada təhsil alan tələbələrin bəzi hallarda kənarda qaldığının, müxtəlif forma və məzmunlu problemlərin yaşadığının şahidi oluruq. Vətəndaş qeyri-məmnunluğu və nəticədə inamsızlıq, güvənsizlik fobiyası formalaşır”.

Yeni Sabah” xəbər verir ki, bu sözləri təhsil eksperti Kamran Əsədov deyib. O, sözlərinə belə davam edib:

“Hətta qəbul imtahanlarından sonra ixtisas seçimi zamanı az bal toplayan abituriyentlər belə ixtisas seçimi zamanı özəl ali məktəbləri seçməkdə tərəddüd edirlər. Və əsas səbəb də bu universitet bağlana bilər, tələbələr üçün narahatlıq yaranar, o qapı sənin, bu qapı mənim çətinliyi, bürokratik əngəllər ehtimallarıdır. Əslində haqlı narahatlıqdır, əfsus ki, xoş olmayan təcrübəyə söykənir”.

O, təklif edib ki, Təhsil haqqında qanuna və lisenziya verilmə qaydalarına bununla bağlı müəyyən dəyişikliklər və əlavələr edilsin: 

“Bu təkcə universitetlər üçün deyil, kollec və liseylər üçün də keçərli olsun. Təklif etdiyim dəyişiklik odur ki, mövcud olan təhsil müəssisələri özlərinə qarant olan, zəmanət verən, zamin olan digər bir təhsil müəssisəsi müəyyənləşdirsinlər. Yəni sabah bu universitet, kollec, lisey müxtəlif səbəblərdən bağlananda, fəaliyyəti dayandırıldıqda onun təhsil alan kontingenti təhsilini adi və sadə prosedur qaydaları ilə hansısa digər müvafiq təhsil müəssisəsində davam etdirsinlər. Hətta akkreditasiyadan keçmə zamanı bu amil xüsusi ilə nəzərə alınsın”.

Xatırladaq ki, 10 il öncə bağlanan Azərbaycan Beynəlxalq Universiteti (ABU) tələbələr arasında özəl universitetlərə qarşı inamsızlıq toxumunun əkilməsinə səbəb olan özəl təhsil müəssisələrindən biridir. 

ABU 1997-ci ildə fəaliyyətə başlayıb. 2010-cu ilin 1 sentyabrında isə sabiq təhsil naziri Misir Mərdanov Azərbaycan Beynəlxalq Universitetinin fəaliyyətinə verilmiş xüsusi razılığın (lisenziyanın) qüvvədə olma müddətinin uzadılmaması barədə əmr imzalayıb. Araşdırma zamanı məlum olub ki, 2005-ci illə müqayisədə Azərbaycan Beynəlxalq Universitetinin maddi-texniki bazasının yaxşılaşdırılması sahəsində müəyyən işlər görülsə də, tədris prosesinin təşkilində normativ sənədlərin tələblərinə riayət olunmayıb, hətta daha ciddi pozuntulara yol verilib. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1988

Redaktor seçimi

SON XƏBƏRLƏR