Slimfit
  1. MƏDƏNİYYƏT

Azərbaycanlı şairlər İstanbul Şeir Festivalında

Azərbaycanlı şairlər İstanbul Şeir Festivalında
Sakura

Azərbaycanlı şairlər İstanbul Şeir Festivalında

XI Beynəlxalq İstanbul Şeir və Ədəbiyyat Festivalına (12-16 fevral) Azərbaycan da qatılıb. Festivalda ölkəmizi Səlim Babullaoğlu, Fərid Hüseyn və Aqşin Evrən təmsil edir və bu il Azərbaycan festivalın Fəxri qonağı elan edilib.

"Qafqazinfo"nun məlumatına görə, 15 fevralda İnsan Kitabevi Bəyoğluda Azərbaycan ədəbiyyatına həsr edilmiş “Modern Azərbaycan poeziyasının vəziyyəti” adlı xüsusi müzakirə paneli keçiriləcək. Mehmet Can Doğanın moderatorluğu ilə keçiriləcək tədbirdə azərbaycanlı şairlər çağdaş poeziyamızla bağlı məruzələr oxuyacaq, oxucuların suallarına cavab verəcəklər. Bundan başqa, festival müddəti ərzində şairlərimiz müxtəlif mədəniyyət mərkəzləri, muzey və kitabxanalarda şeirlərini səsləndirəcəklər.

Beş gün davam edəcək festivalda 12-si əcnəbi, 11-i türkiyəli olmaqla ümumilikdə 23 şair iştirak edir. Beynəlxalq təmsilçilər arasında yuxarıda adı çəkilən üç azərbaycanlı şairdən başqa digər nümayəndələr bunlardır: Əsma Əzizə (Fələstin), Dannybal Reyes Umbria (Venesuella), Ermir Nika, (Albaniya), Kristina Töth (Macarıstan), Lyudmila Dyadçenko (Ukrayna), Meritxell Cucurella – Jorba (İspaniya), Seida Beganoviç (Bosniya Herseqovina), Vladimir Martinovski (Makedoniya).

Qeyd etdiyimiz kimi, festivala Türkiyənin də tanınmış yazarları (İskender Pala, Çağla Meknuze, Çiğdem Sezer, Gökhan Akçiçek, Hüseyin Akın, İsmail Karakurt, Mehmet Can Doğan, Oğulcan Kütük, Sadi Karademir, Rüstem Aslan, Seval Şahin) qatılıblar.

Festivalın rəhbəri görkəmli Türkiyə şairi Adnan Özerdir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1959-cu ildə çəkilmiş Ayın əks tərəfinin ilk görüntüsü. Şəkil "Luna-3" sovet kosmik aparatı ilə çəkilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR