Azərbaycanlı rəssam Rusiyada Qızıl medala layiq görüldü
Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, Əməkdar İncəsənət Xadimi Çingiz Fərzəliyev Rusiya Rəssamlıq Akademiyasının Qızıl medalına layiq görülüb.
Metbuat.az saytı xəbər verir ki, Çingiz Fərzəliyevə mükafatı Rusiya Rəssamlıq Akademiyasının birinci vitse-prezidenti Viktor Kalinin təqdim edib. Bildirib ki, Çingiz Fərzəliyev V.İ.Surikov adına Moskva Dövlət Akademik Bədii İnstitutunda hazırda Rusiyanın ən tanınmış rəssamları ilə birlikdə təhsil alıb, SSRİ dövründə bir çox mötəbər ümumittifaq rəsm sərgilərinin mükafatçısı olub.
“Çingiz Fərzəliyev Qızıl medala təkcə postsovet məkanının ən yaxşı muzeylərdən birinin rəhbəri kimi deyil, həm də hazırda fəaliyyət göstərən rəssam, Rusiya ilə Azərbaycan arasında dostluq əlaqələrinin möhkəmlənməsində böyük xidmətləri olan incəsənət xadimi kimi layiq görülüb. Biz böyük məmnuniyyətlə onu Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü və fəxri professoru kimi öz sıralarımıza qəbul etmişdik. Bu gün isə Azərbaycan rəssamına Rusiya akademiyasının ən yüksək mükafatını təqdim etməkdən məmnunluq duyuruq”, - deyə rəssam bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət