Dərc edildi: Baxış sayı: 496
Azərbaycanlı rejissorun filmi “Ən yaxşı film” seçilib
Bişkek şəhərində görkəmli qızğız aktyoru, SSRİ Xalq artisti Suymenkul Çokmorovun xatirəsinə həsr olunan Müstəqil Dövlətlər Birliyi (MDB) gənc rejissorlarının VII “Umut” Forumu başa çatıb. Nazirlikdən SİA-ya verilən xəbərə görə, forumda Qırğızıstan və MDB kinematoqrafçılarının 32 qısametrajlı filmi nümayiş olunub.
Bu forumda ölkəmizi Orxan Ağazadənin “Oturacaqlar” və Daniel Quliyevin “Yaramaz” filmləri təmsil edib.
Forumun sonuncu günü qaliblərin adları açıqlanıb. Münsiflər heyətinin qərarı ilə milli film nominasiyasında qırğız rejissoru Aydan Topçubaevanın “Ayana”, beynəlxalq nominasiyada isə Orxan Ağazadənin “Oturacaqlar” ekran əsərləri “Ən yaxşı film” seçilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət