Slimfit
  1. MƏDƏNİYYƏT

Azərbaycanlı rejissorun filmi beynəlxalq mükafata layiq görüldü

Azərbaycanlı rejissorun filmi beynəlxalq mükafata layiq görüldü
Sakura

Azərbaycanlı rejissorun filmi beynəlxalq mükafata layiq görüldü

Azərbaycanlı rejissor Emil Əlinin ərsəyə gətirdiyi “Adam” filmi Türkiyə Səlcuq Universitetinin təşkil etdiyi “18-ci Qısa-ca Beynəlxalq Tələbə Filmləri Festivalı”nda daha bir mükafata layiq görülüb.

Publika.az xəbər verir ki, film “Qısa-ca Film Atelyesi Sənədli Film” kateqoriyasında jüri heyətinin özəl mükafatını qazanıb.

Qeyd edək ki, “Adam” filmi film 1981-ci ildə Xəzər dənizində suyun səviyyəsinin yüksəlməsi nəticəsində adaya çevrilən Kürdilidə illərdir tək yaşayan rus mənşəli azərbaycanlı Vitali Pronin haqqındadır.

Filmin quruluşçu rejissoru Emil Əli, prodüserləri Qan Turalı (Zen Film) və Əli Araz (Alfeka), icraçı prodüseri Fuad Cəfərovdur. “Adam” filminin çəkilişləri Neftçala rayonun Kürdili adasında, post-prodakşnı isə Türkiyədə həyata keçirilib.

Sənədli film daha öncə XI İstanbul Beynəlxalq Memarlıq və Şəhər Film Festivalında 90 ölkədən qatılan 950 film arasında "sənədli film nominasiyası"nda ikinci yerə layiq görülüb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncənin keçmiş Sabir küçəsindən görüntü. 19-cu əsrin arxivindən fotosənəd.

Redaktor seçimi

SON XƏBƏRLƏR