Slimfit
  1. İQTİSADİYYAT

Azərbaycanlı “Qazprom”un səhmdarı oldu

Azərbaycanlı “Qazprom”un səhmdarı oldu
Sakura
:0

Azərbaycanlı “Qazprom”un səhmdarı oldu

Rusiyanın “Qazprom” şirkətinin İdarə Heyətinin sədrinin müavini Famil Sadıqov nizamnamə kapitalında 0,000232 faiz pay əldə etməklə şirkətin səhmlərinə sahib olub.

TASS-ın məlumatına görə, bu barədə holdinqin materiallarında bildirilib.

“Qazprom”un nizamnamə kapitalındakı müvafiq şəxsin payının dəyişmə tarixi 6 may 2020-ci ildir”, - deyə məlumata bildirilib.

“Qazprom”un nizamnamə kapitalı 23 673 512 900 ədəd adi səhmdən ibarətdir. Beləliklə, F.Sadıqov holdinqin ümumilikdə 54 920 səhmini satın alıb.

Mayın 6-da “Qazprom”un səhmlərinin dəyəri bir kağız üçün 187,05 rubl (4,32 AZN) olub.

Beləliklə, onun əldə etdiyi səhm paketinin dəyəri 10 000 000 rubl (təxminən 230 000 AZN) ola bilər.

Qeyd edək ki, Famil Kamil oğlu Sadıqov 1968-ci ildə Naxçıvan şəhərində anadan olub. O, Serqo Orconikidze adına Moskva İdarəçilik Akademiyasını bitirib, iqtisadi elmlər namizədidir.

1999-2004-cü ildə Rusiya Federasiyasının Vergilər və Yığımlar nazirinin müavini, 2005-ci ildən 2009-cu ilə qədər Rusiya Federal Xəzinədarlığı rəhbərinin müavini, 2009-2019-cu illərdə “Qazprombank” Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədrinin müavini, 2019-cu ildən isə “Qazprom” ASC-nin İdarə Heyəti sədrinin müavini vəzifələrində çalışıb.

 

Mənbə: oxu.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Zamanın qapısı"

Redaktor seçimi

SON XƏBƏRLƏR