Slimfit
  1. ELM

Azərbaycanlı professorun monoqrafiyası Almaniyada çapdan çıxıb

Azərbaycanlı professorun monoqrafiyası Almaniyada çapdan çıxıb
Sakura

Azərbaycanlı professorun monoqrafiyası Almaniyada çapdan çıxıb

Azərbaycan Universitetinin (AU) professoru Asif Hacıyevin “Rus nəsrinin mifopoetikası. XX əsrin ikinci yarısı” monoqrafiyası Almaniyada nəşr olunub.

AU-dan AZƏRTAC-a bildirilib ki, “Lap lambert” beynəlxalq nəşriyyat evi tərəfindən çap olunan kitabda mifopoetikanın metodoloji və nəzərə məsələləri, arxetip mənaların və süjetlərin fəlsəfi-estetik məzmunu və bədii funksiyaları, müasir rus yazıçılarının yaradıcılıq axtarışlarında mifoloji və folklor elementlərinin rolu tədqiq edilib.

Monoqrafiyada rus nasirlərinin yaradıcılığında ənənəvi mənəvi-estetik dəyərlərin ifadəsinə, milli dünya mənzərəsinin özünəməxsusluğuna və ədəbi prosesin tipologiyasına xüsusi diqqət yetirilib. Kitabın ayrıca bölməsində başqa xalqların, ilk növbədə, türkdilli xalqların nümayəndələrinin rus dilində yazdıqları əsərlər rus ədəbi prosesinin ayrılmaz hissəsi kimi nəzərdən keçirilib.

Müəllifin rus dilində yazdığı kitab “Lap lambert” nəşriyyat evinin təşəbbüsü və vəsaiti hesabına çap olunub. Nəşr filoloqlar və rus ədəbiyyatı ilə maraqlananlar üçün nəzərdə tutulub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Çanaqqala müharibələri, 1915 İbadət üçün düzəldilmiş məscid və güllə qutularından hazırlanan minbər

Redaktor seçimi

SON XƏBƏRLƏR