Slimfit
  1. CƏMİYYƏT

Azərbaycanlı professor koronavirusla bağlı şad xəbəri elan etdi: Yaxın bir həftədə...

Azərbaycanlı professor koronavirusla bağlı şad xəbəri elan etdi: Yaxın bir həftədə...
Sakura
:0

Azərbaycanlı professor koronavirusla bağlı şad xəbəri elan etdi: Yaxın bir həftədə...

“Koronavirus sanki kabus kimi bir tərəfdən insanlığı sınağa çəkir, digər tərəfdən də postpandemik dövrün potensial problemləri ilə onu təhdid edir. Elmə məlumdur ki, hava-damcı yolu ilə yayılan respirator infeksiyaların bir sikli var. Hər bir yeni yoluxma virusun mutasiyaya uğramış, nisbətən dəyişilmiş yeni serovarı ilə baş tutur. Bu proses uzun müddət davam edə bilməz, hətta heç bir tədbir görülməsə belə! Sadəcə tədbirlər itkiləri azaltmağa və pandemiyanı vaxtında söndürməyə hesablanıb. Yay aylarında artıq postpandemik dövrə qədəm qoymağımız gözlənilir... Koronavirus pandemiyası şoku hələ yaşansa da, proses yaxın bir həftədə dünyada enən xətt üzrə gedəcək”.

Publika.az xəbər verir ki, bu sözləri professor Adil Qeybulla deyib. O, insanları nikbin və səbrli olmağa çağırıb:

“Xatirimdədir, mən uşaq olanda mahalda, obada dul qadın, əlil adam, tənha yaşayan insanlar hamının diqqət mərkəzində idi. Hamı onlara əl tutar, kömək edər, süfrəsinə dəvət edər, mərhəmət göstərərdi. İnsanlar göstərdiyi mərhəməti kimsənin bilməsini qəti istəməzdi. Hesab edərdi ki, mərhəmət yalnız vicdan qarşısında hesabatdır! İnsanlar arasında onları güvənli edən, insan cildində saxlaya bilən həqiqi bir səmimilik, kişi sözü, etibar, ləyaqət kimi anlayışlar var idi! İnsanlar fədakarlıq və məhrumiyyətlərə sinə gərməklə şərəf və ləyaqətini hər şeydən üstün tutmağa çalışardılar. 50 yaş və yuxarı nəsil bu günləri çox yaxşı xatırlayır.

Bunları niyə yazıram, əziz qardaşlar və bacılar!

Bioloji təhlükə - pandemiya tezliklə ötüb keçəcək. Bəs biz yeni dövrə bu sınaqdan hansı sima ilə çıxacağıq: Bir millət kimi (millət deyəndə bütövlükdə xalqımızı nəzərdə tuturam) bütövləşmiş, güclənmiş şəkildə, yoxsa yeni-yeni münasibət mutasiyaları və derivasiyaları ilə? Gəlin birlikdə düşünək... Uca millətimizə eşq olsun!”

 

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlan özünün dili ilə ətraf mühitdən hissəciklər toplayır və onları ağız boşluğuna "analiz etmək" üçün göndərir. Bu prosedur ona qurbanını izləməyə və təhlükəni hiss etməyə kömək edir.

Redaktor seçimi

SON XƏBƏRLƏR