Dərc edildi: Baxış sayı: 1031
Azərbaycanlı polis dördüncü dəfə dünya çempionu oldu
Avqustun 23-dən 25-dək Rumıniyada Kunq-fu sanda üzrə dünya çempionatı keçirilib. 15 ölkədən 300-dən artıq idmançının qatıldığı yarışda milli komandamız da təcrübəli idmançılarla təmsil olunub.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, ölkəmizin yığma komandasının tərkibində təmsil olunan Suraxanı Rayon Mühafizə Şöbəsinin əməkdaşı, polis serjantı Şənlik Talıbov mübarizə aparıb.
Təmsilçimiz çəkisi 85 kiloqramadək olan idmançılar arasında üç döyüş keçirib. Bolqar idmançı ilə qarşılaşan Ş.Talıbov döyüşə üstünlüklə başlayıb və sonadək bu tempi davam etdirib.
Daha sonra rumın və macar rəqiblərini də məğlub edən idmançımız dünya çempionatlarındakı qızıl medallarının sayını 4-ə çatdırıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət