Dərc edildi: Baxış sayı: 1199
Azərbaycanlı musiqiçilər Türk dünyasının mədəniyyət paytaxtında çıxış edəcəklər
Aprelin 20-də Qırğız Respublikasının Oş şəhərində bu şəhərin 2019-cu ildə Türk dünyasının mədəniyyət paytaxtı kimi tanınmasına həsr olunmuş tədbirlərə start veriləcək.
Bu barədə "Report" Rusiya KİV-inə istinadən xəbər verir.
Axmatbek Suyumbayev adına stadionda həm xarici sənətkarların, həm də yerli estrada ulduzlarının iştirakı ilə konsert keçiriləcək.
Konsertdə türkdilli ölkələrin - Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan - rəqs qrupları, müğənniləri və musiqiçiləri iştirak edəcəklər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət