Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycanlı mühəndislər radiospektr idarəetməsi üzrə təlim alıb

Azərbaycanlı mühəndislər radiospektr idarəetməsi üzrə təlim alıb
Sakura

Azərbaycanlı mühəndislər radiospektr idarəetməsi üzrə təlim alıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Radiotezliklər İdarəsinin mühəndisləri üçün “R&S iHunter 2018” Proqramı üzrə “Radio ovçu” veb-seminarı keçirilib.

Almaniyanın “Rohde&Schwarz” şirkəti tərəfindən keçirilən təlimdə Dövlət Radiotezliklər İdarəsinin 200 nəfərə yaxın mühəndisi iştirak edib.
 
Seminarın keçirilməsində məqsəd mühəndislərin peşəkarlıq qabiliyyətinin artırılması və radiospektr idarəetməsi bacarıqlarının inkişaf etdirilməsi olub.
 
Radiospektr idarəetməsinin təkmilləşdirilməsi istiqamətində interferensiyanın aşkarlanması və aradan qaldırılması həllinin peşəkar şəkildə həyata keçirilməsi mövzusunu əhatə edən seminar 4 mərhələ üzrə təşkil olunub.
 
Bu mərhələlərə “İnterferensiyanın aşkarlanması və müəyyənləşdirilməsi”, “İnterferensiyanın müəyyən edilməsi”, “Praktiki nümunələr və araşdırmalar” və “Mobil operator şəbəkələrində interferensiyanın araşdırılması və həlli” daxildir.
 
Yüksək nəticə göstərən mühəndislər müvəffəqiyyət sertifikatına (Full credited R&S iHunter Program 2018) layiq görülüb.   

Mənbə: İctnews.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Curiosity yeni ərazi üzərində (06.03.2019)

Redaktor seçimi

SON XƏBƏRLƏR