Azərbaycanlı investorlar ən çox bu xarici şirkətlərin səhmlərini alırlar
Ölkəmizdə xarici birjalarda ticarətə marağı olan investorlar da az deyil. Bəs azərbaycanlı səhmdarlar ən çox hansı xarici şirkətlərin səhmlərini alırlar? Fins.az bu sualına cavabı AzFİnance İnvestisiya şirkətindan cavab veriblər. Verilən məlumata əsasən investorlar əsasən texnoloji sektora aid olan şirkətlərin səhmlərinə, birjada ticarət olunan fondlar (ETF) və daşınmaz əmlak üzrə investisiya trastlarına (REIT), qızıl istehsalçıların səhmlərinə daha çox maraq göstərirlər. Həmçinin AzFinance İnvestisiya şirkətindən o da bildirildi ki, son zamanlar neft fyuçersləri üzrə əməliyyatlar artıb. Konservativ investorlar üstünlüyü S&P indeksinə daxil olan və kapitallaşma səviyyəsi yüksək olan şirkətlərə verirlər. Məlumata görə, son zamanlar Avropa birjalarında və xüsusən də London fond birjasında ticarət edən müştərilərin sayı çoxalıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət