Slimfit
  1. İDMAN

Azərbaycanlı iki polis əməkdaşı dünya çempionatında medal qazanıb

Azərbaycanlı iki polis əməkdaşı dünya çempionatında medal qazanıb
Sakura
:0

Azərbaycanlı iki polis əməkdaşı dünya çempionatında medal qazanıb

 Gürcüstanın paytaxtı Tbilisidə WSJO-nun (Dünya İdman Ciu-citsu Təşkilatı) idman ciu-citsusu üzrə böyüklər arasında dünya çempionatı, eləcə də, uşaqlar, yeniyetmələr, gənclər və veteranlar arasında Dünya Kuboku keçirilib. 

Oxu.Az xəbər verir ki, bu çempionatda Azərbaycan Ciu-citsu Federasiyasının kontakt ciu-citsu departamentinin  idmançıları 21 nəfərlə təmsil olunub. 

Yarışda 20-yə yaxın ölkənin 200 idmançısı çempionluq uğrunda mübarizə aparıb. Turnir idman ciu-citsu döyüşü, kimano ilə qrapplinq, özünümüdafiə idmanları (yeniyetmələr, gənclər və böyüklər) və realistik özünümüdafiə (ancaq böyüklər) üzrə keçirilib. Bu təşkilatın keçirdiyi IV çempionatda Azərbaycan komandası ilk dəfə iştirak edib. Komandamız səkkiz qızıl, səkkiz gümüş və dörd bürünc medal qazanıb.

Kontakt ciu-citsuda Ayaz Abbasov (-85 kq) və Fərid Əhmədov (-77 kq) bürünc medal qazanıb. Əhmədov nevazada gümüş medala yiyələnib.

Səbuhi Musayev

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qaçaq Nəbinin çəkilmiş yeganə şəkli, 1895-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR