Dərc edildi: Baxış sayı: 524
Azərbaycanlı ifaçı Gürcüstanda keçirilən mahnı müsabiqəsinin qalibi olub
Azərbaycanlı ifaçı Emiliya Yaqubova Gürcüstanda təşkil olunan “İpək Yolunun Ulduzu” mahnı müsabiqəsinin qalibi olub.
“Report” "Sputnik Georgia"ya istinadən xəbər verir ki, müsabiqə avqustun 26-28-də Batumi şəhərində keçirilib.
Üç turun nəticələrinə görə, Gürcüstandan Salome Mirianaşvili, Qazaxıstandan Miras Cuğunqunov və Azərbaycandan Emiliya Yaqubova olmaqla, hər üç ifaçı 285 bal toplayıblar. Sonda münsiflər qalibi püşkatma yolu ilə seçiblər.
Layihədə Azərbaycan, Rusiya, Türkiyə, Özbəkistan, Bolqarıstan, Rumıniya, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Gürcüstan, Yunanıstan və digər İpək Yolu ölkələrinin gənc ifaçıları iştirak ediblər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət