Azərbaycanlı hərbçi Ukraynada itkin düşdü
Ukraynanın Donetsk vilayətinin Liman şəhəri ətrafında gedən döyüşlərdə yaralanmış azərbaycanlı hərbçi itkin düşüb.
Ens.az Report-a istinadən xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin azərbaycanlı hərbçisi, 1997-ci il təvəllüdlü Tərlan Eyvaz oğlu Osmanov bu il iyunun 25-i ərəfəsində Liman ətrafında gedən döyüşlər zamanı aldığı güllə yarasından yerə yıxılıb. Həmin andan etibarən ondan heç bir məlumat yoxdur.
Əslən Azərbaycanın Bakı şəhərindən olan T.Osmanov pulemyotçu olaraq həmin döyüşdə son gülləsinə qədər döyüşərək mövqeyini tərk etməyib, döyüşdə həlledici qəhrəmanlıq göstərib. Hərbçi yoldaşları son dəfə onu döyüş zamanı aldığı güllə zərbəsindən yıxıldığını görüblər. Ukrayna Silahlı Qüvvələrinə məxsus N saylı briqada ərazidən həmin döyüş zamanı həlak olan və yaralananları götürərkən həmyerlimizin də onların arasında olub-olmaması ilə bağlı məlumat təsdiqlənməyib.
Hazırda onunla bağlı axtarışlar davam edir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət