Dərc edildi: Baxış sayı: 560
Azərbaycanlı hakimlər CONCACAF turnirinə təyinat alıb
Azərbaycanlı futbol hakimləri Elçin Məsiyev, Elşən Abdullayev və Qəzənfər Məmmədov beynəlxalq təyinat alıblar.
"Report" AFFA-nın saytına istinadən xəbər verir ki, hər üç referi 2 - 12 avqustda 15 yaşadək futbolçular arasında ABŞ-ın Florida ştatında təşkil ediləcək CONCACAF (Mərkəzi Amerika və Karib hövzəsi ölkəri Futbol Konfederasiyası) turnirinin oyununu idarə edəcəklər.
Qeyd edək ki, Elçin Məsiyev, Elşad Abdullayev və Qəzənfər Məmmədov 14 - 23 mayda İsveçrənin Nyon şəhərində UEFA tərəfindən hakimlər üçün təşkil olunmuş “Core Development” kurslarında iştirak edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət