Dərc edildi: Baxış sayı: 513
Azərbaycanlı hakim Avropa çempionatının seçmə mərhələsinin oyununa təyinat alıb
Azərbaycanın beynəlxalq dərəcəli hakimi Rəhim Həsənov UEFA-dan təyinat alıb.
"Report"un məlumatına görə, o, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin 4-cü qrupunda keçiriləcək San Marino – Litva oyununu idarə edəcək.
Həsənova yan xətt hakimləri Namiq Hüseynov və Mübariz Haşımov köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək.
Qeyd edək ki, Serravalle stadionundakı görüş iyunun 5-də təşkil olunacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət