Azərbaycanlı gənc Londonda dünyanın ən yaxşı natiqi seçilib
Londonda 39-cu dünyanın ən böyük natiqlik yarışması baş tutub.
Trend-in məlumatına görə, yarışmada 54 ölkədən olan ən yaxşı gənc natiqləri yarışıblar.
Azərbaycanı yarışmada “Azerbaijan Public Speaking Competition” (APSC) yarışmasının qalibi Adil Qafarlı təmsil edib.
“Azerbaijan Public Speaking Competition: Junior League” layihəsi 10 özəl və dövlət məktəbi və 11 universitetdən olan 108 gəncin iştirakı ilə baş tutub. Layihənin ən yaxşı gənc natiqi seçilən Adil layihənin növbəti addımı olaraq Londonda keçirilən Beynəlxalq Natiqlik Yarışmasında iştirak edib. Adil “Lies that tell the truth” başlığı ilə çıxış edib. Adilin çıxışı auditoriya və jüri heyəti tərəfindən yüksək qiymətləndirilərək “The Best Impromptu Prepared Speech” fərqlənmə diplomuna layiq görülüb.
APSC Azərbaycanda natiqləri, liderləri yetişdirən bir platformadır. APSC müxtəlif yaş qrupları üzrə hər il natiqlik, liderlik, ünsiyyət kimi yumuşaq bacarıqları inkişaf etdirən təlimlər, kurslar, yarışmalar, kamplar və yay məktəbləri təşkil edir. Platforma Britaniyanın “The English Speaking Union” və Amerikanın “Public Speakers Association” təşkilatları ilə əməkdaşlıq edir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət