Slimfit
  1. İDMAN

Azərbaycanlı futbolçular karantin rejimini pozdu

Azərbaycanlı futbolçular karantin rejimini pozdu
Sakura

Azərbaycanlı futbolçular karantin rejimini pozdu

Azərbaycanlı futbolçular karantin qaydalarını pozaraq, gecəyarısı parkda məşq ediblər. 

"Report"un məlumatına görə, bunlar "Səbail"in kapitanı Eltun Yaqublu və "Zirə"nin hücumçusu Ağabala Ramazanovdur. 

Yaqublu bu barədə "Intagram" hesabından paylaşım edib və saatın 02:20 olduğunu göstərib. Video, böyük ehtimalla, Dənizkənarı Bulvarda çəkilib. Yaqublu görüntünün üzərinə "Stay at home" ("Evdə qal") yazmağı da lazım bilib.  

Ağabala Ramazanov

Nazirlər Kabineti yanında Operativ Qərargah evdən çölə icazəsiz çıxmağı və bütün parklara girişi qadağan edib. 

Qeyd edək ki, Eltun Yaqublu 2017-ci ildən "Səbail"də çıxış edir. Ağabala Ramazanov isə bu ilin əvvəlində məhz "Səbail"dən "Zirə"yə keçib. 

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

General Əliağa Şıxlinski Molla Vəli Vidadinin nəticəsidir.

Redaktor seçimi

SON XƏBƏRLƏR