Dərc edildi: Baxış sayı: 401
Azərbaycanlı futbolçu üçün 1 milyon avro təklifi
Söhbət “Rostov” təmsilçisi Ayaz Quliyevdən gedir
Rusiyanın “Rostov” klubunda çıxış edən azərbaycanlı futbolçu Ayaz Quliyev Moskva “Spartak”ına qayıda bilər.
AzNews.az xəbər verir ki, paytaxt klubu sabiq oyunçusunu yenidən heyətinə qatmaq niyyətindədi.
“Spartak” 22 yaşlı yarımmüdafiəçinin keçidi üçün 1 milyon avro ödəməyə hazırdı. Klub onu son zamanlar qalmaqalları ilə gündəmə gələn Denis Qluşakovun əvəzləyicisi kimi görür.
Qeyd edək ki, Ayaz Quliyev bu ilin mayında məhz "Spartak"dan "Rostov"a keçib. Quliyev həmçinin 21 yaşadək futbolçulardan ibarət Rusiya milli komandasının da formasını geyinib. Hazırda onun Azərbaycanın əsas yığmasına cəlb olunması gündəmdədi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət