Dərc edildi: Baxış sayı: 580
Azərbaycanlı fotoqraf “National Geographic” üçün Beyrutdan material hazırladı
Dünyaca məşhur azərbaycanlı fotoqraf Rəna Əfəndi, “National Geographic” jurnalının məhv olmuş Beyrut haqqında məqaləsi üçün fotolar işləyib.
R.Əfəndi bu barədə öz “İnstagram” hesabında yazıb:
“Beyrut partlayışının nəticələrini əbədiləşdirmək üçün Livana getdim və insanların inanılmaz dözümünün şahidi oldum”.
Qeyd edək ki, bu ilin 4 avqust tarixində Beyrut limanında baş verən güclü partlayış nəticəsində 158 nəfər ölüb, altı mindən çox adam yaralanıb.
Mənbə: Oxu.Az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət